Şriftin ölçüsü :

Saytın rəngi :

Bu ilin birinci rübündə Samuxda 123 daimi iş yeri açılıb

29 aprel 2020 | 16:00

Bu ilin birinci rübündə Samux rayonda 123 yeni iş yeri açılıb ki, onların da hamısı daimi iş yerləridir.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, daimi iş yerlərinin 13-ü mövcud müəssisə və təşkilatlarda, 110-u isə fiziki şəxslərdə yaradılıb.
Qeyd edilib ki, hazırda rayonda yeni istixanaların və aqroparkların yaradılması yeni iş yerlərinin açılmasında və bununla da işsizlik probleminin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
Samux, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər