Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qarayeri qəsəbə 1 nömrəli məktəb liseyn müəllimləri də onlayn dərslərə qatılıblar

28 aprel 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, Samuxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz təhsil sahəsidir. Son illər rayon rəhbərliyi tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunan təhsil sahəsinin inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür. İstər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin təhsil sahəsinə olan qayğısının bariz nümunəsini isə ildən-ilə artan ali məktəblərə qəbulun nəticələrindən də aydın şəkildə görmək olar.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədi ilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Daha sonra Nazirlər Kabinetinin Sərəncamına əsasən 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin növbəti dəfə təxirə salınmasına dair qərar qəbul olundu. Ən nəhayət koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Hazırda isə karantin rejiminin müddəti mayın 4-dək uzadılıb.
Respublikamızın bütün bölgələri ilə yanaşı, Samuxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyinə və xüsusi karantin rejiminin tələblərinə həssaslıqla yanaşılır. Belə ki, karantin rejimi müddətində şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən “Evdə qal, təhsildən geri qalma” devizi altında onlayn dərslər keçirilir. Artıq xeyli vaxtdır ki,  rayonun şəhər və kənd məktəbləri daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.
Samux rayonunun Qarayeri qəsəbə  1 nömrəli məktəb liseyn müəllimləri də rayonun digər məktəb müəllimləri kimi onlayn dərslərə qatılıblar. Onu da qeyd edək ki, liseydə təxminən 700 nəfərdən artıq şagird təhsil alır. Tədris ilində şagirdlərin illik dərsə davamiyyət göstəricisi 94,1% olmuşdur.
Əvvəlki tədris illərində qazandıqları nailiyyətləri bu il də əldə etmək üçün liseyin müəllim kollektivi var qüvvəsi ilə çalışır. Əsasən də məktəbdə tədrisin dayandırılmasına baxmayaraq qaldıqları yerdən davam edərək onlayn dərsləri uğurla yerinə yetirirlər.
Öz şagirdlərinin təhsildən geri qalmamaları üçün əllərindən gələni əsirgəməyən müəllimlərimizdən - sinif müəllimi Könül Zeynalova və riyaziyyat müəllimi Tünzalə Kazımova onlayn dərslərdə fəal iştirak edirlər. Tədris etdikləri fənləri keçdikləri dərslərlə şagirdlərinə sevdirən hər iki müəllim onların təhsildən geri qalmamaları üçün ilk gündən onlayn dərsləri davam etdirirlər.
Rayon ərazisində fəaliyyət göstərən bütün məktəblərdə onlayın dərslər uğurla davam etdirilir.

 

Keçidlər