Samux rayonunun Sərkar kəndinin ziyalılarından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanmışdır.
27 aprel 2020 | 16:00
Möhtərəm cənab Prezident.
Planetimizin gözlə görünməyən bəla ilə üzləşdiyi bir vaxtda Sizin xalqımıza əvəzolunmaz dəstəyiniz, apardığınız misilsiz işlər dövlətimizin bu sınaqdan minimum itki ilə çıxacağına zəmin yaradır.
Xalqımıza və bütün dünyada yaşayan azərbaycanlılara verdiyiniz dəyərə görə Sərkar kəndinin ziyalıları adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da bu çətin günlərdə biz birlikdə güclüyük. Ulu Tanrı Sizi qorusun.
Dərin ehtiram hissi ilə,
Sərkar kəndinin ziyalıları.
Azərbaycan Respublikası, Samux rayonu.