Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev videobağlantı vasitəsi ilə konfrans keçirib

24 aprel 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev videobağlantı vasitəsi ilə aprelin 24-də inzibati ərazi dairəsi üzrə nümayəndələrlə keçirdiyi video-konfransda koronovirusa qarşı mübarizəyə dair tapşırıqlarını verib.
Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin Samux rayonunda əhaliyə çatırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət oluması, maarifləndirmə işlərinin aparılması vurğulanıb.
İcra başçısı rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin şərtsiz yerinə yetirilməsi, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, əsasən də yaşı 65 yuxarı olan sakinlərin nəzarətə götürülərək diqqətdə saxlanılması ilə bağlı göstərişlər verib.
Alı Qocayev hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun”, “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla  tələb olunan karantin rejiminin qaydalarına  əməl etməsini bir daha tapşırıb.

 

 

 

 

Keçidlər