Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev videobağlantı vasitəsi ilə iclas keçirdi

23 aprel 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev videobağlantı vasitəsi ilə aprelin 23-də inzibati ərazi dairəsi üzrə ica nümayəndələri ilə koronovirusa qarşı mübarizəyə dair iclas keçirdi.
İclasda Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin Samux rayonunda əhaliyə çatırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, maarifləndirmə işlərinin aparılması vurğulandı.
İcra başçısı rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin şərtsiz yerinə yetirilməsi, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, əsasən də yaşı 65 yuxarı olan sakinlərin nəzarətə götürülərək diqqətdə saxlanılması ilə bağlı göstərişlər verib.
Alı Qocayev hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun”, “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla  tələb olunan karantin rejiminin qaydalarına  əməl etməsini bir daha tapşırıb.

 

 

 

 

 

Keçidlər