Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alıuşağı kəndində səyyari görüşü keçirilmişdir.
08 aprel 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alıuşağı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məmmədov Qabil Alıuşağı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar oldu.
1. İbrahimova Dilbər Hüseyn qızı çıxış edərək kənddə yeni uşaq bağçasının açılmasına köməklik göstərilməsini xahiş etdi.
2 Musayev Məhəbbət Nəriman oğlu 1 ədəd subartezian quyusunun balansa götürülməsi ilə bağlı təkliflə çıxış etdi.
3. Verdiyev Polad Tofiq oğlu və İsgəndərov Fərman Süleyman oğlu isə öz çıxışlarında yararsız hala düşmüş elektrik dirəklərinin yenisi ilə əvəzlənməsi təklifi ilə çıxış etdilər.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.