Samux rayonunda koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir.
20 aprel 2020 | 16:00
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Samux rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayon icra hakimiyyətində qərərgah yaradılmış, ərazi icra nümayəndəliklərində təşkil edilmiş könüllülər qrupları vasitəsi ilə əhali arasında maarifləndirmə işləri aparılır.
Eyni zamanda 14 ticarət obyekti, 14 qeyri yaşayış binası, 7 küçə və 14 ədəd xidməti maşın dezinfeksiya edilmişdir.
Rayonda dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.