Samux rayonunda koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir
17 aprel 2020 | 16:00
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Samux rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayon icra hakimiyyətində qərərgah yaradılmış, ərazi icra nümayəndəliklərində təşkil edilmiş könüllülər qrupları vasitəsi ilə əhali arasında maarifləndirmə işləri aparılır.
Eyni zamanda 16 ticarət obyekti, 10 qeyri yaşayış binası, 9 küçə və 15 ədəd xidməti maşın dezinfeksiya edilmişdir.
Rayonda dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.