Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 300 ailəyə yardım göstərilmişdir

17 aprel 2020 | 16:00

Xüsusi karantin rejimi dövründə Samux rayonunda aztəminatlı əhali qrupunun və yaşı 65-dən çox olan tənha, ahıl sakinlərin sosial müdafiəsi ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına uyğun olaraq Samux Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” şüarı adı altında rayon ərazisində ehtiyacı olan, imkansız 300-dən artıq ailəyə ərzaq yardımı paylanılmışdır. 
Vətəndaşlar onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, xeyirxah təşəbbüslə çıxış etdiyinə görə rayon icra hakimiyyətinə xoş arzularını ifadə etmişlər.
Rayonun bütün yaşayış məntəqələrində aztəminatlı ailələrə və tənha sakinlərə yardımların çatdırılması davam etdiriləcəkdir.

Keçidlər