Samux rayonunda imkansız ailələrə ərzaq yardımı edildi.
Xeyirxahlıq, rəhmdillik xalqımıza məxsus milli dəyərlərdən biridir. Bir-birinin əlindən tutmaq, ehtiyacı olana kömək əli uzatmaq çoxdan bizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməmiş və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir.
Samux rayon rəhbərliyinin öz vəsaiti hesabına rayonun kimsəsiz yaşlı və imkansız 100-dən artıq şəxslərə ərzaq yardımı edildi.