Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda tibbi müayinə əlaqədar iclas keçirilmişdir.

04 aprel 2014 | 15:00

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu iqtisadi siyasət respublikamızda digər sahələrlə bərabər səhiyyə sistemində də öz bəhrəsini vermişdir. Belə ki, respublikamızda son illərdə 500-dən çox səhiyyə obyektləri tikilmiş və ya əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təmin olunaraq əhalinin istifadəsinə verilmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlarda nəzərdə tutulan məsələlər uğurla öz həllini tapmışdır.
Son illər bir çox sahələr kimi, respublikamızda səhiyyənin inkişafına, onun problemlərinin həllinə xüsusi diqqət yetirilir, ildən - ilə dövlət qayğısı artırılır. Artıq yeniləşən səhiyyəmiz, bir çox göstəricilərinə görə hal - hazırda dünyanın aparıcı dövlətlərinin səhiyyəsi ilə eyniləşdirilir.
Eyni zamanda, ildən-ilə səhiyyəyə daha çox büdcə vəsaiti ayrılır. 2003-cü illə müqayisədə 2013-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olmuşdur. Bu da respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaratmışdır
Rayonumuzda digər məsələlərlə yanaşı, səhiyyə sahəsində də xeyli işlər görülmüşdür Hal-hazrda  fəaliyyət göstərən 3 sahə xəstəxanası, 6 həkim məntəqəsi və 24 tibb məntəqəsi  rayonun 55595 nəfər əhalisinə xidmət göstərir.
Əhalinin  sağlamlığının qorunması və bu sahədə qabaqlayıcı tədbirlərin  görülməsi məqsədi ilə  prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək tibbi müayinədən keçirilməsini təmin edilməsi tapşırılmışdır.
Buna uyğun olaraq müəyyən təşkilati işlər həyata keçirilmiş, Samux rayon İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam verilmişdir.
Sərəncama müvafiq olaraq idarə. müəssisə, təşkilatlar, şəhər, qəsəbə və kəndlət üzrə qrafik hazırlanmış, əhali arasında təbliğat və maarifləndirmə işi aparılır, 17 fevraldan başlayaraq müayinə işinə başlanmışdır. 17fevral-  Əhalinin tibbi müayinədən       keçməsinə başlandıqdan 03.04.2014-cü il tarixinə kimi   27445 nəfər sakin  tibbi müayinədən keçmişdir. Bu iş davam etdirilir.

Keçidlər