Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Zazalı kəndində səyyari görüşü keçirilmişdir.

02 aprel 2014 | 15:00

01 aprel  2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Zazalı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Zazalı kənd  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xəlilov Cavanşır Zazalı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar oldu.
1. Abdıyeva  Gülqələm Knyaz qızı çıxış edərək kənddə yeni uşaq  bağçasının açılmasına    köməklik göstərilməsini xahiş etdi.
2 Cəfərov   Namiq  Bahadur  oğlu məktəbə qaz xətinin çəkilməsi ilə bağlı təkliflə çıxış etdi.
3. Quliyev  Səfayət  Köçəri oğlu isə öz çıxışında yeni salınmış  yaşayış  massivinə  elektrik  xətinin   çəkilməsi  təklifi ilə çıxış etdi.
         Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər