Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İnstitut qəsəbəsində səyyari görüşü keçirilmişdir.
28 mart 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məmmədov Səbuhi İnstitut qəsəbəsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar oldu.
1. Mürsəlova Minarə Abuzər qızı çıxış edərək ona həyətyanı torpaq sahəsinin verilməsinə köməklik göstərilməsini xahiş etdi.
2. İbrahimov Rizvan Vidadi oğlu və Süleymanova Sevil Nəsib qızı elektrik enerjisinin təminatı ilə bağlı təkliflərlə çıxış etdilər.
3. Abbasov Vilayət Gülalı oğlu isə öz çıxışında içməli su xəttinin bərpası təklifi ilə çıxış etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.