Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər

28 mart 2014 | 16:00

Ümummilli lider Heydər Əliyevin 28 mart 1997-ci il tarixli sərəncamı ilə hər il Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir.Bu gün münasibəti ilə martın 27-də YAP Samux rayon təşkilatında tədbir keçirildi. Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev,  MTN Samux rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri YAP Samux rayon təşkilatında ulu öndərin büstünü ziyarət etdilər, büstün önünə gül dəstələri qoydular.

Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev təbrik nitqində 95 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açdı. İcra başçısı daha sonra  MTN Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr  təqdim etdi.

Daha sonra çıxış edən MTN Samux rayon şöbəsinin rəisi Əhməd Abbasov da çıxışında MTN əməkdaşlarının dövlətimizin təhlikəsizliyinin təmin edilməsi üçün əllərdəb gələnləri əsirgəmədiklərini bildirdi. Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxışlarında MTN Samux rayon şöbəsinin əməkdaşlarını təbrik edərək işlərində uğurlar arzuladılar

Keçidlər