Samuxda üzüm istehsalı 11625 ton olmuşdur
Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda bu sahəyə maraq artmaqdadır. 2003-cü ildə rayonda üzüm bağları 232 hektar olduğu halda, son 16 ildə 4,4 dəfə artaraq 1025 hektara çatmışdır. Hal-hazırda rayonda 937 hektar bar verən yaşda üzüm bağları mövcuddur. Üzüm bağlarının 488 hektarı süfrə üzümü, 537 hektarı isə şərab üzümüdür. 2019-cu ildə sahələrdən 11625 ton üzüm yığılaraq satışa verilmişdir. Üzüm istehsalının 11 tonu dövlət, 3774 tonu qeyri-dövlət, 7840 tonu isə əhali təsərrüfatlarında olmuşdur. Üzüm istehsalı ötən ilə nisbətən 2005 ton və ya 20,8 faiz çoxdur.
Üzümçülük kənd təsərrüfatında ən çox gəlir gətirən sahələrdən biridir. Bu sahə həm də əhalinin məşğulluq probleminin həllində mühüm rola malikdir.
Samux Rayon Statistika İdarəsi