Samux rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kənd İ.Ə.D.-i üzrə nümayəndəsinin 2019-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi
Azərbaycan Respublikasında 2019-2023 cü il Sosial-İqtisadi inkişafın sürətləndirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının məlum fərmanına uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi rayonumuzda və o, cümlədən Nümayəndəliyimizdə təmir abadlaşdırma işləri görülmüş, vətəndaşların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına diqqət artırılmış, təhsil, mədəniyyət, səhiyyə və rabitə sahəsində maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Məlumat üçün bildirim ki, Nümayəndəliyin ərazisi 805 ha, əhalisi 1836 nəfər, təsərrüfatların sayı 458, yaşayış evlərinin sayı 435, seçicilərin sayı 1080 nəfər olmaqla Nümayəndəliyin Alıuşağı kəndində 70 ailə 231 nəfər Kəlbəcər rayon məcburi köçkünləri məskunlaşmışdır. Nümayəndəliyin ərazisində 2 orta məktəb, 1 klub, 1 Poçt şöbəsi, 4 komersiya ticarət köşkü, mövsumi işlərlə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 1 soyuducu sexi fəaliyyət göstərir.
Nümayəndəliyin əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşqul olur. 2019-ci ildə Nümayəndəlik üzrə 161 ha taxıl, 150 ha günəbaxan, 198 arpa , 7 ha qarğıdalı, 24 ha sair kənd təsərrüfatı məhsulları əkilmişdir. Məlumat üçün bildirirəm ki, əhalinin, elektirik enerjisinə olan tələbat tam təmin olunmuş, əhali texniki nasazlıqları nəzərə almasaq dayanaqsız elektirik enerjisindən istifadə edir və enerji haqqının ödənilməsində demək olar ki, heç bir gerilik yoxdur, və 455 abonent sayğacla tam təmin olunmuşdur.
Əhalinin təbii qaz yanacağından da istifadə etməsi üçün xeyli işlər görülmüş və 290 abonent mavi qazdan istifadə edir və istifadə edilmiş təbii qazın dəyəri sayğacların göstəricisinəə uyğun olaraq ödənilməsi yerinə yetirilir.Əlavə abonentə sayğac verilmişdir. Əhalinin Rabitə vastələrinə olan ehtiyacı günün tələbləri səviyəsində yerinə yetirilir beləki, ilbə il telefon çəklişi davam edilir və 164 nəfər telefon danışıqlarından istifadə edirlər.
Məlumat üçün bildirim ki, rayon Icra Hakimiyyətinin Başçısı cənab A. Qocayev 2019-ci ildə 2 dəfə nümayəndəlikdə vətəndaşlarla səyyari qəbul keçirtmişdir və tapşırığa əsasən pay torpaqlarının suvarılması üçün rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayevin diqqət və qayğısı nəticəsində müasir tələblərə cavab verən təzə artezan quyusu qazilaraq əhalinin istifadəsinə verilmişdir.
Ölkə Prezidenti İlham Əliyev cənablarının Regional Sosial-İqtisadi inkişafı Dövlət proqramı haqqında imzaladığı fərmana əsasən nümayəndəliyin ərazisində yaşıllaşdırma, ağacların əkilməsi, yol və yolkənarı sahələrin təmizlənməsi, və bundan başqa rayonda ulu öndərin adına olan istirahət parkında nümayəndəliyə ayrılmış ərazidə müntəzəm olaraq abadlıq və təmizlik işləri aparır, rayonumuzda aparılan bütün tədbirlərdə iştirak edir və öz köməkliyimizi göstəririk.
İl ərzində nümayəndəlik üçün ayrılmış maliyyə xərcləri vaxtı-vaxtında təyinatı üzrə istifadə olunmuşdur.
Azərbaycan Respublikasında Sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2003-cü il tarixli fərmanın 7-ci bəndinin tələblərinə uyğun olaraq nümayəndəlikdə vətəndaşların qəbulu onların ərizə, müraciyət və təklifləri təlimata uyğun olaraq aparılmış və icrası təmin olunmuşdur.
Nümayəndəlik 2019-ci ildə aşağıdakı karguzarlıq işlərini görmüşdür. Belə ki, nümayəndəlik tərəfindən əlaqədar təşkilatlara 66 məktub göndərilmiş, 26 məktub daxil olmuş, vətəndaşlardan 3 ərizə, 10 şifahi müraciyət daxil olmuş. Vətəndaşlara Samux rayon Qeydiyyat Şöbəsi üzrə xidmətlər göstərilmişdir. Hər ay Q.Ş.-nə yazılı məlumat verilməsi tərəfimizdən yerinə yetirilmişdir.
Nümayəndəlik gənc nəsili vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux bölməsi ilə işimizi günün tələbləri səviyəsində qurmaqla gənclərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux bölməsində qeydə alınması, onların tibbi müayyədən keçməsi, çağrışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux bölməsinə getməsi əsas vəzifə kimi qarşımıza qoyulmuşdur.
Nümayəndəliyin 2019-ci ildə gördüyü müsbət işlərlə yanaşı bəzi nöqsanlarda mövcud olmuşdur. Belə ki, əhali arasında maarifləndirmə işi zəif olduğundan nümayəndəliyin bəzi vətəndaşları öz problemlərini həll etmək üçün yuxarı təşkilatlara və rayon İcra Hakimiyyəti Aparatına müraciyət etmişlər. Halbuki, yuxarı təşkilatlara müraciyət olunmuş şikayətlərin müəyyən qismini nümayəndəlikdə də həll etmək mümkünü olardı. Bu cür halların gələcəkdə buraxılmaması üçün əhali ilə daha sıx əlaqə yaradıb onların qarşılaşdığı problemlərinin həllində yaxından köməklik göstərməliyik.
Nümayəndəlik kənd əhalisinin əsas problemlərinin həll olunması üçün 2020-ci il prespektiv iş planı və tədbirlər planı hazırlanmışdır. Belə ki, əsas problemlərdən olan pay torpaq sahəsinin suvarılması, yeni salınmış yaşayış massivinə təbii qaz xətinin çəkilməsi , kənd arası yolların , küçələrin təmiri və bu kimi başqa problemlərin həlli nümayəndəliyin qarşısında mühüm vəzifə olaraq qoyulmuşdur.
Hörmətli yığıncaq iştirakçıları sizə bildirmək istəyirəm ki, bundan sonrakı fəaliyyətimizdə əhalinin qarşılaşdığı problemlərin həllini ön plana çəkəcək. Respublikamızda o cümlədən Rayonumuzda gedən iqtisadi-inkişaf , tikinti-quruculuq və abadlaşdırma işlərini nümayəndəlikdə davam etdirəcək, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının bütün tapşırıqlarını vaxtında layiqincə yerinə yetirəcəyik.