Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin yeni inzibatı binası istifadəyə verilmişdir.
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin yeni inzibatı binası istifadəyə verilmişdir.360 şagird yerlik olan məktəbin tikintisinə 01 avqust 2013-cü il tarixində başlanımışdır. Məktəb 17 mart 2013-cü il tarixində “Biqtexnik” MMC tərəfindən tikilib təhvil verilmişdir. Məktəbdə şagirdlərin təhsil almaları hər cür şərait yaradılmışvə müasir tələblərə cavab verən kompüter otaqları və idman zalı artıq şagirdlərin istifadəsindədir.
Tədbirdə Samux rayonun ilk Milli Qəhrəmanı Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov çıxış edərək Əhmədbəyli kənd sakinləri adından təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi. Daha sonra Samux rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək son zamanlarda təhsilimizdəki inkişafdan, xüsusilə Samux şagirdlərinin təhsildə əldə etdikləri uğurlarından danışmışdır. Sonda Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafdan danışmış, ölkə başçısı cənab İlham Əliyevə respublikamızda təhsilə göstərdiyi diqqət və qayğıya görə Samux rayonun əhalisi adından xüsusi minnətdarlığını bildirmişdir.
Çıxışlardan sonra rayon rəhbərliyi və kənd əhalisi məktəbdə yaradılmış şəraitlə yaxından tanış oldular.