Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Köbər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Köbər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köbər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Qurbanov Fazil İslam oğlu vətəndaşlar tərəfindən quraşdırlmış su nasosunun Samux rayon Suvarma Sistemləri İdarəsinin balansına keçirilməsini xahiş etdi .
2. Abdullayev Cəmil Abbas oğlu pay torpaq sahəsi su kanalının səviyəsindən yuxarı olduğu üçün suvarılmasında çətinliyin olduğunu bildirdi və köməklik edilməsini xahiş etdi.
3. Cəfərova Gülnar Teymur qızı Köbər kənd tam orta məktəbin gələcəkdə cari təmir edilməsinə köməklik edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.