Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının rayonun Çobanabdallı kəndində səyyari görüşü keçirilmişdir.

12 mart 2014 | 16:00

11 mart  2014-cü  il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı   kəndində kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Çobanabdallı  kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məhərrəmov Elşad Çobanabdallı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Kazımnicat  Camaləddin  İbrahim oğlu çıxış edərək kənddə 1 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
2. Quliyev  İlham Tahir oğlu  pay torpaqlarının suvarılmasında  istifadə olunan subartezianlara  fasiləsiz elektrik enerjisinin  verilməsinə  ehtiyac olduğunu qeyd etdi.
3. Sülyemanova  Gülaltun  Sərdar qızı isə yararsız hala düşmüş 3  ədəd  elektrik dirəyinin  dəyişdirilməsini xahiş etdi.

       Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər