Samux rayonunda “Beynəlxaq Könüllülər Günü” münasibəti ilə növbəti görüş keçirildi
04 dekabr 2019 | 16:00
Silsilə tədbirlərimizin davamı olaraq 03 dekabr 2019-cu il tarixdə Samux rayon Sərkar kəndində Samux rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Beynəlxaq Könüllülər Günü” münasibətilə Könüllülük həftəsi çərçivəsində Sərkar gəncləri ilə görüş keçirildi. 60-dan çox gəncin iştirak etdiyi görüşdə könüllülük fəaliyyəti haqqında geniş söhbət açılmış, bu fəaliyyətə qoşulmaq istəyən gənclərin istək və tələbləri dinlənilmişdir.