Samux rayonunun ilk şəhidlərindən olan Səhrəddin Əliyevin ”65 illik yubileyinə” həsr olunmuş anım günü keçirildi.
Samux şəhər 2 saylı tam orta məktəbdə adını daşıdığı Samuxun ilk şəhidlərindən olan Səhrəddin Əliyevin ”65 illik yubileyinə” həsr olunmuş xatirə lövhəsinin anım günündə açılış mərasimi təşkil olundu. Səhrəddin Yaqub oğlu Əliyev 20.11.1954-cü il Xanlar rayonunun indiki Samux şəhərində anadan olub. Polis serjantı işləyib, ailəli idi iki övladı var. 29.11. 1990-cı il Xanlar rayunun Qarabulaq kənd ərazisində növbədə olan 6 nəfər döyüş yoldaşı ilə bərəbər ermənilər tərəfindən başlanan müharibənin ilk şəhidləri olmuşlar.
Şəhidin xatirəsini əbədiləşdirmək məqsədi ilə adını daşıdığı məktəbə Xatirə Lövhəsi qoyuldu, təntənəli açılış mərasimi keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Əminə Cəfərova açaraq qonaqları salamladı, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Çıxış edərək qeyd etdi ki, şagirdlərdə vətənpərvərlik hissini yüksəltmək məqsədi ilə belə tədbirlərin təşkili müntəzəm olaraq məktəbdə davam edir. Bu da şagirdlərdə vətənə sevgi və hörməti artırır. Daha sonra Samux rayon Polis Şöbəsinin rəisi Cənab Polad Qarayev , şəhidin keçmiş döyüş yoldaşları, Samux RPŞ-nin əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, Samux rayon Təhsil Şöbəsinin müdiri G.Hüseynov, həmin dövrün şahidlərindən olan Samux rayon Bələdiyyəsinin sədri X.Cəfərov, məktəbin müəllimləri şəhidlə bağlı xatirələrini və o dövrün baş verən hadisələri haqqında ətraflı danışdılar. Tədbir məktəbin müəllimi Sevil Ələkbərovanın hazırladığı senari əsasında səhnələr, vətənpərvərlik ruhunda musiqilərlə yekunlaşdırıldı.