Samux rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd edildi
08 mart 2014 | 16:00
Samux rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Samux rayonu İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev açaraq “ 8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə qadınları ürəkdən təbrik etdi və onlara ən xoş arzularını çatdırdı. Cənab Alı Qocayev qeyd etdi ki, Azərbaycan qadınına göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunur.
Daha sonra tədbirdə iştirak edən qadınlara Samux rayon İcra hakimiyyətinin başçısı tərəfindən bayram hədiyyələri təqdim olundu.