Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi
Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 16 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 5 nəfər torpaq ilə bağlı, 3 nəfər elektrik enerjisi ilə bağlı, 2 nəfər aliment ilə bağlı, 2 nəfər məşğulluq ilə bağlı, 2 nəfər mənzil şəraitlərinin yaxşılaşdırılmasına köməklik edilməsi ilə bağlı və 2 nəfəri isə sənədləşmə ilə bağlı müraciət etmişdir.
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.