Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Samux şəhər sakinləri ilə növbəti səyyari görüşü keçirildi
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Samux şəhər sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə şəhər sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qasımov Elşad şəhər barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra şəhər sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əsgərov Fikrət Mehdi oğlu Samux şəhərin Kolayır massivi adlanan yerdə yenidən su xəttinin çəkilməsini xahiş etdi.
2. Əliyev Fidayıl Əli oğlu Samux rayon Samux Şəhər Ağ yer adlanan ərazidə artezian quyusunun qazılmasını xahiş etdi.
3. Həsənov Arzu Yəhya oğlu Samux şəhərində yeni salınmış yaşayış massivlərinə telefon nömrələrinin verilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.