Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir.

06 mart 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi tapşırığı Samux rayonunda da mütəşəkkil surətdə həyata keçirilir. Belə ki, həkim briqadaları təyin olunmuş qrafikə uyğun olaraq hər gün yaşayış məntəqələrində olaraq əhalinin tibbi muayinədən keçirilməsini təmin edirlər. Bundan başqa həkim briqadaları  eyni zamanda rayonun idarə və muəssisələrində də tibbi müayinə aparırlar. Bu günə qədər Samux rayonunun 12 yaşayış məntəqəsi üzrə  12343 nəfər icbari tibbi müayinədən keçib. Bu müayinə prosesi bu ilin  may ayınadək davam edəcəkdir.

Keçidlər