Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraağaclı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraağaclı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Qurbanov Hümbət İbrahim oğlu Köbər kənd ərazisindən olan pay torpaqlarının suvarılması üçün məsuldarlığı artıq olan su nasosu qoyulmasını xahiş etdi.
2. Lətifov Səhrab Qasım oğlu Qaraağaclı qəsəbəsinə qurlaşdırılmış yeni su nasosunun qarşısında olan bütün torpaq sahələrin suvarılması üçün, su xəttinin artırılmasını xahiş etdi.
3. Piriyev Yusifəli Seyidəli oğlu Köbər kəndi ərazisindən keçən direnaj kanalının lildən təmizlənməsini xahiş etdi
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi