Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

24 oktyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidməti, Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi Orxan Mürsəlov, İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Füzuli kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Məqsəd Nadir oğlu kənd ərazisində mövcud olan elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsini xahiş etdi.
2. Əsgərova Akifə Əsəd qızı yaşayış evinin qarşısındakı qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə dəyişdirilməsini xahiş etdi.
  3. İsmayılova Südabə Əsəd qızı pay torpaq sahəsində əkmiş olduğu tərəvəzi  suvarmaq üçün köməklik edilməsini xahiş etdi.
4. Babayeva Olya Sevindik qızı pay torpaq sahəsində yeni subartezyan quyusunun vurulmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər