Samux rayon İcra Hakimiyyəti başçısının rayonun Sərkar kəndində səyyari görüşü keçirilmişdir
05 mart 2014 | 16:00
04 mart 2014-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar kəndində kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 4 təklif və rəy irəli sürüldü ki, bu rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.