Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

23 oktyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Əhmədbəyli kənd İƏD-si üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev Anar Arif oğlu həyətyanı torpaq sahəsində olan elektrik dirəyini yola çıxarılmasını xahiş etdi.
2. Allahveridyev Almaz  Məhər qızı yaşayış evinin qarşısındakı qəzalı vəziyyətdə olan elektrik dirəklrini yenisi ilə dəyişdirilməsini xahiş etdi.
3. Yusifova  Nuridə Şöhrəddin qızı həyətyanı torpaq sahəsini suvarmaq üçün əvvələr qonşusunun su arxından istifadə etdiyini bildirmiş, lakin qonşusu həmin arxdan istifadəsinə icazə verməmişdir. Odur ki, həmin su arxından istifadə etməsinə köməklik göstərilməsini xahiş etdi 
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər