Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Yusifov Məftun qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədova Mahirə Əmir qızı qəsəbə ərazisində qazın təyziqinin tənzimlənməsini xahiş etdi.
2. Əliyeva Sevil Novruz qızı Qarayeri qəsəbəsində elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsini xahiş etdi.
3. Cəfərov Fərhad Mikayıl oğlu Gəncə-Qarayeri şosesinin salınmasını və qəsəbənin dairəyə işiq çəkilməsini xahiş etdi
4. Məmmədova Zərifə Rüstəm qızı Qarayeri qəsəbəsində Kamal Kazımov küçəsinə dayanacağın qoyulmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi