Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Süleymanova Sevil Nəsib qızı Sevil Qazıyeva küçəsində umumi yaşayış binalarını təmin edən mərkəzi su xəttinin təmir edilməsini xahiş etdi.
2. Səmədov İntiqam Fazil oğlu Sevil Qazıyeva küçəsində ümumi yaşayış binasınnın qarşısında binaya təhlükə yaradan ağacların budanmasınI xahiş etdi
3. Məcidova Dürdanə Tahir qızı qəsəbənin alt hissəsində zibillik olan ərazinin məişət tullantılarından təmizlənərək daşınmasına köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi