Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Rüztəmov Teyyub İsbi oğlu Yuxarı Ağasıbəyli kəndində pay torpaq sahələrinin suvarılması üçün bir ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
2. Sadıqıv Arif Məşdi oğlu Yuxarı Ağasıbəyli kəndi ərazisində əhaliyə verilən təbii qaz təziqinin az olmasını bildirdi və təziqin artırılmasına köməklik göstərilməsi xahiş etdi.
3. Alıyeva Ofeliya Cəbrayıl qızı yaşadığı evin qarşısından keçən elektrik naqillərinin yenisi ilə əvəz olunmasını və qəzalı dirəklərin yenisi ilə dəyişdirilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.