Ali təhsil müəssisələrinə qəbul zamanı yüksək bal toplamış məzunlarla görüş keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hər il ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirməsi, tələbə adını qazanan məzunları onların valideynlərini, müəllimlərini təbrik etməsi, onlara xoş arzularını çatdırması, qiymətli hədiyyələrlə mükafatlandırması artıq bir ənənəyə çevrilib. Bu gün də bu ənənə davam etdiririlir.
Ilk olaraq Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev iştirakçıları salamladı, rayon təhsilinə başucalığı, şərəf gətirmiş 2 nəfər 600-dən yuxarı bal toplamış, 21 nəfəri isə 500-dən yuxarı bal toplamış məzunları onların valideynlərini və müəllimlərini təbrik edərək xoş arzularını çatdırdı və təhsilə dövlət qayğısından danışdı.
Qeyd edildi ki, bu il rayon üzrə ali məktəblərə qəbul olanların sayı 171 nəfərə çatmışdır. Görüşdə qəbul imtahanları zamanı 500-dən yuxarı bal toplamış məzunlara və onların müəllimlərinə Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifaları ilə davam etdirildi.
Tələbə adını qazanmış məzunlarla görüş, xatirə şəklinin çəkilməsi ilə başa çatdırıldı.