Samux rayonu ərazisində təsərrüfat sahibləri tərəfindən istixanaların yaradılması davam edir.
07 avqust 2019 | 16:00
Hazırda rayonda 200-dən çox müasir istixana fəaliyyət göstərir.
Bu istixanaların ümumi sahəsi 85 hektar təşkil edir. Həmin istixanalarda il ərzində 8000 tondan çox faraş tərəvəz - pomidor, xiyar və digər məhsullar yetişdirilir. Bu məhsulların çox hissəsi əsasən MDB ölkələrinə ixrac olunur.