Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraarx qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraarx qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qaraarx qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Quliyev Məhəmməd Kərəm oğlu Qaraarx qəsəbəsinin ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini xahiş etdi.
2. İsmayılova Dəstə Əbil qızı qəsəbədə orta məktəbin və uşaq bağçasının əsaslı təmir edilməsini xahiş etdi
3. İbrahimov Asif Əliyusif oğlu əkin sahələrinin suvarılması üçün baş su arxların təmizlənməsini xahiş etdi
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi