Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair Hesabat yığıncağı keçirilmişdir

20 fevral 2014 | 16:00

18 fevral 2014-cü ildə Samux rayonunda 2013-cu ilin yekunu ilə baglı hesabat yığıncağı kecirildi. Tədbirdə rayon idarə-müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl strukturların, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri iştirak etmişlər. Hesabat yığıncağına Azərbaycan Respublikası Milli Məclisinin  sədr müavini Valeh Ələsgərov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov dəvət olunmuşdur.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev tədbiri giriş sozü ilə açaraq, ilk əvvəl, bu günə təsadüf edən Samux rayonunun yaranmasının 22-ci ildönümü münasibəti ilə yığıncaq iştirakçılarının timsalında bütün samuxluları səmimi təbrik etdi və onlara uzun ömür, can sağlığı və gələcək işlərində uğurlar arzuladı.
Cənab Alı Qocayev  “2013-cü ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlar haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Sonra cənab başçı 2013-cü ildə rayonda görülən işləri geniş təhlil edərək qeyd etdi ki, rayonun  inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici – ümumi  məhsul  buraxılışının həcmi ötən illə müqayisədə 7,6 faiz artaraq  91,2 milyon  manat  olmuşdur. Ümumi məhsul buraxılışının həcmi  2003-cü ilə nisbətdə 5,3 dəfə artmışdır ki,  bu da son on ildə rayonun əsas inkişaf göstəricisidir.  Hesabat ilində  sənaye  istehsalında 2,3 faiz azalma müşahidə olunmasına baxmayaraq, sənayenin qeyri-dövlət sektorunda 2,2 dəfə artım olmuşdur. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd  təsərrüfatı  məhsullarının  istehsalı ötən  illə  müqayisədə  15,0  faiz  artaraq  49,4 milyon  manat olmuşdur. Ticarət dövriyyəsi 16,3 faiz artaraq 23,3 milyon manat təşkil etmişdir.  Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  18,0  faiz, əhalinin  gəlirləri  5,9  faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  diqqət və qayğısı sayəsində rayonda aparılan geniş tikinti-quruculuq və abadlıq işləri ötən ildə də uğurla həyata keçirilmişdir.
Belə ki, Umummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkının  sahəsi  1  hektar genişləndirilərək tamamilə yenidən qurulmuşdur. Burada möhtəşəm Heydər Əliyev Mərkəzi, tarix-diyarşunaslıq muzeyi, Yeni Azərbaycan Partiyası rayon şöbəsinin yeni binası, kafe və çay evi inşa edilmişdir. Parkda rayon sakinlərinin hərtərəfli istirahəti üçün bütün şərait yaradılmışdır.
Şəhərin üç küçəsində yenidənqurma işləri aparılmış, ötən ilin sonunda Heydər Əliyev prospektinin genişləndirilməsinə başlanmışdır və hazırda davam etdirilir. Rayon Telekommunikasiya Qovşağının yeni inzibati binasının tikintisinə başlanmışdır.
Rayonda məktəb binalarının tikintisi, əsaslı təmiri və maddi texniki bazasının möhkəmləndirilməsi  istiqamətində işlər  davam etdirilmişdir. Seyidlər kənd tam orta məktəbi üçün inşa edilmiş 180 şagird yerlik  məktəb binasında işlər başa çatdırılaraq  istifadəyə verilmişdir.  Qırmızı Samux qəsəbə tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Məktəbdə əlavə olaraq idman zalı tikilmişdir.  Qarabağlar kəndində 220 şagird yerlik ikimərtəbəli  yeni məktəb binası məktəblilərin istifadəsinə verilmişdir. Eyni zamanda Zazalı kənd və Alabaşlı qəsəbə  tam orta məktəblərinin əsaslı təmiri başa çatdırılaraq şagirdlərin istifadəsinə verilmişdir. Yaxın vaxtlarda Əhmədbəyli kəndində 360 şagird yerlik üçmərtəbəli binası istifadəyə veriləcəkdir. Yeni istifadəyə verilən bütün məktəblər yeni inventar və avadanlıqlarla təmin olunmuşdur.
Qırmızı Samux qəsəbəsində həkim məntəqəsi üçün yeni bina inşa edilmiş və qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.
Rayon iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə ardıcıl işlər aparılmışdır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyi üçün, əkin sahələrinin suvarma suyu ilə təminatı ən vacib sahələrdəndi. Hesabat ilində rayonda 9 yeni subartezian quyusu qazılmışdır ki, onlardan da 6-sı ölkə başçısının müvafiq sərəncam  əsasında həyata keçirilmişdir.
Hesabat ilində  “Samux Elba” MMC Quşçuluq müəssisəsi ilkin mərhələdə fəaliyyətə başlamışdır.  Rayonumuzun  iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən “Aqroenerji” kompleksinin və Sarıqamış kəndi ərazisində heyvandarlıq kompleksinin tikintisində işlər davam etdirilir.
Hesabat dövründə rayonda 685 yeni iş yeri yaradılmışdır ki, onlardan da 480 iş yeri daimi iş yerləridir. Ümumilikdə son on ildə rayonda 4947-i daimi olmaqla 16075 yeni iş yeri yaradılmışdır.
Məruzədə bildirildi ki,  növdəti beş il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, Samux rayonunun 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf istiqamətləri ilə bağlı illər üzrə geniş tədbirlər planı tərtib edilmişdir.
  Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi  yaxın vaxtlarda  həyata keçirilməlidir.
2013-cü ildə rayonun qəsəbə və kəndlərində  bir neçə uşaq bağçasının açılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  çoxmənzilli  yaşayış binasının,  səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri ilə bağlı   işlər aparılır.
Eyni  zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdən biridir.
Ölkə başçısı tərəfindən 2014-cü ilin “ Sənaye ili”  elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda fəaliyyət göstərən sənaye müəssisələrinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində işlər aparılır.
Ümumiyyətlə  2014-cü ildə   rayonda daha  böyük layihələrin həyata keçirilməsi gözlənilir.
Məruzə ətrafı çıxışlarda və zalda quraşdırılmış mikrofonlardan rayonun sakinləri tərəfindən bir sıra problemlərin həll edilməsi ilə bağlı təkliflər irəli sürüldü. Qaldırılan təkliflərin həlli ilə bağlı cənab başçı tərəfində aidiyyəti üzrə tapşırıqlar verildi.
Hesabat yığıncağının sonunda qərar layihəsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər