Yenikənd kəndində Modul tipli su təmizləyici qrğunun istifadəyə verilməsi
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə quraşdırılan modul tipli su təmizləyici qurğunun aşılışı 13.05.2011-ci il tarixində keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev və onun aparatı, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Gəncə Regional şöbəsinin müdir Mirxaliq Əliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev açılış mərasimində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən rayonumuzda aparılan geniş quruculuq işləri haqqında məlumat verdi.
İstifadəyə verilən qurğu Yenikənd kənd əhalisinin içməli suya olan təlabatını tam ödəyəcəkdir. Kənd əhalisinin sudan rahat istifadə etməsi üçün kəndin 10 yerində bulaqlar qurulmuşdır.