Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda əhalinin tibbi muayinədən keçirilməsi ilə əlaqədar tapşırıqların icrası ilə bağlı yiğincaq keçirilmişdir

15 fevral 2014 | 16:00

14 fevral 2014-cü il tarixində Samux rayon HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN akt zalında ölkə başçısı cənab  İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi muayinədən keçirilməsi ilə əlaqədar olaraq qarşıda duran vəzifələri müzakirə etmək üçün yığıncaq keçirilmişdir. Yığıncaqda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev qeyd etmişdir ki, cənab Prezident  əhalinin saglıq durumunu daim diqqətdə saxlayir və bu sahədə fundamental işlər görür. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü sayəsində Azərbaycan Davamlı İnsan İnkişafı Konsepsiyasına qoşulmuş və beynəlxalq  hesabatlarda qabaqcıl yer tutmuşdur.
Daha sonra  Alı Qocayev bu tapşırıqdan irəli gələn məsələlərlə əlaqədar olaraq aidiyyatı qurumların rəhbərlərini dinləyərək onlara muvafiq  tapşırıqlar verdi.

Keçidlər