Samux rayonunun yaradılmasının 22-ci ilinə həsr edilmiş gənclərin konfransı
14 fevral 2014-cü il tarixdə Poylu kənd tam orta məktəbin Akt zalında Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Samux rayonunun yaradılmasının 22-ci ilinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransda Poylu ,Kəsəmən ,Salahlı və Qarabağlı gəncləri iştirak edirdi. İdarə rəisi Rəşad Qarayev geniş məruzə ilə çıxış etmiş , idarənin gələcək perspektv işlərindən danışmışdır .Çıxış edənlər Poylu mədəniyyət klubunun rəhbəri E.Yusifov , xəstəxananın həkim əməkdaşı Kəsəmən kənd məktəbinin direktoru T.Bağırov rayonda aparılan abadlıq quruculuq işlərindən geniş söz açmış, Bədən tərbiyə müəllimi A.Eyubov ,S.Hacıyev idman sahəsində əldə etdikləri uğurlardan , eləcədə gənclərin idmanla məşğul olması üçün bölmələrinin Eldar zonasında inkişaf etdirlməsi üçün təkliflər verilmişdir. Tədbirin sonunda idarə tərəfindən Bədən tərbiyə müəllimləri,idmançılar və fəal gənclər mükafatlandırılmışdır.