Şriftin ölçüsü :

Saytın rəngi :

13 fevral 2014-cü il tarixində Samux rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən bayram tədbiri

14 fevral 2014 | 16:00

13 fevral 2014-cü il tarixində saat 1130-da Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının inzibati binasının iclas zalında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 2-ci ildönümü” münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayonun “Heydər” parkında Ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin məsul işçiləri ilə yanaşı İcra Hakimiyyətinin başçısının birinci müavini, İcra Hakimiyyətinin bir sıra məsul işçiləri, hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Ümumilikdə tədbirdə 120 nəfər iştirak etmişdir. Tədbiri Samux rayon İcra Hakimiyyətinin  Başçısının birinci müavini T. M. Qarayev açaraq başda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimov olmaqla xidmətin bütün işçilərini ildönümü münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rolu, xidmətin tarixi, bu günü və ölkə başçısının xidmətə və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.
Bundan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi polkovnik-leytenant N. Şiriyev keçirilən bu  bayram münasibəti ilə ətraflı məruzə etmişdir. Onun bu məruzəsinə rayon ictimaiyyətinin nümayəndələri də qoşularaq, məruzə ətrafında çıxışlar etmişlər. Daha sonra hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri də təbrik çıxışları etmişlər. 
Tədbirin sonunda İcra Hakimiyyətinin Başçısı adından rayonda öz işləri ilə fərqlənən xidmətin bir neçə bölmə əməkdaşları hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər