Şriftin ölçüsü :

Saytın rəngi :

"Nəsimi ili" elan olunması ilə əlaqədar Samux rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi.

31 may 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samux şəhər 3 saylı tam orta məktəblə birlikdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərancamına uyğun olaraq Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsiminin şərəfinə "Nəsimi ili" elan olması ilə əlaqədar Samux rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova hər kəsi salamladı və Azərbaycanın böyük şairi Nəsiminin həyatından, onun dərin təfəkküründən, yaradıcılığından bəhs etdi. Uşaqlara uğurlar arzuladı. Çıxışı davam etdirən Samux şəhər 3 saylı məktəbin müəllimləri Nəsiminin yaradıcılığından geniş şəkildə danışdılar. Daha sonra uşaqların Nəsiminin ölməz əsərlərindən hazırladıqları nümunələr və səhnəciklər səsləndirildi.

Keçidlər