Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Burunqovaq kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Burunqovaq kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Burunqovaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Hüseynov Əsman Məcnun oğlu Elektrik sayğacının yenisi ilə əvəzləşdirildikdən sonra, 220 (iki yüz iyrmi) manat cərimə yazıldığını qeyd etmiş və müəyyən güzəşt edilməsini xahiş etmişdir.
2. Alıyeva Qəndab Məhəmməd qızı Yusifli su kanalıdan pay torpaqlarını suvarılması üçün kanalın lildən təmizlənməsinə köməklik göstərilməsini xahiş etdi.
3. Əsədov Musa Suliddin oğlu Həyatyanı torpaq sahəsindəki yararsız elektrik dayağının yenisi ilə əvəzləşdirilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.