Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda əsas vəsaitlərə 2306,1 min manat sərmayə qoyulmuşdur

29 may 2019 | 16:00

Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 2306,1 min manat olmuşdur. Sənayə sahəsinə 1970,5 min manat, sosial sahəyə isə 335,6  min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 1970,5 min manatı və ya 85,4 faizi istehsal təyinatlı, 335,6 min manatı və ya 14,6 faizi isə qeyri-istehsal təyinatlıdır. 369,9 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 335,6 min manat olan 1199,0 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 1970,5 min manatı və ya 85,4 faizi dövlət büdcəsindən ayrılmış, 335,6 min manatı və ya 14,6 faizi isə əhalinin şəxsi vəsaiti hesabına  olmuşdur.
       “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  Samux rayonunda 2019-cu ilin  yanvar-mart ayları ərzində  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu üzərindəki körpünün inşası tamamlanmaq üzrədir.
Hesabat dövrü ərzində Rayon Mərkəzi Xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə torpaq sahəsi ayrılaraq sənədləşmə işlərinə başlanılmışıdır. Xəstəxananın tikintisinə yaxın vaxtlarda başlanılacaqdır. Bu məqsədlə Respublika Prezidentinin müvafiq sərəncamına əsasən bir milyon manat vəsait ayrılmışdır.
    Samux  şəhərinin  içməli  suya  olan  tələbatının  ödənilməsi  üçün  müvafiq  sərəncama  uyğun  olaraq 3,24  hektar  təmizləyici  qurğuya və  2,22 hektar  su  anbarının  inşa  edilməsinə  torpaq  sahəsi  ayrılmışdır. Təmizləyici  qurğu  və su  anbarının  tikintisinə  artıq başlanılmışdır.

Samux Rayon Statistika İdarəsi

Keçidlər