Samux idmançısından daha bir möhtəşəm qələbə.
27 may 2019 | 16:00
Şahmat idman növü üzrə Azərbaycan birinciliyinin final mərhələsində Samuxlu şahmatçı Aytac Məmmədova uğurla çıxış edərək 2-ci yerə layiq görüldü. Azərbaycan Respubublikası Gənclər və İdman Nazirliyi tərəfinfən diplom və medal ilə təltif olunan Aytac Məmmədova eyni zamanda Slovakiyada təşkil olunacaq Avropa çempionatında çıxış etmək hüququ qazandı. İdmançımızı qələbə münasibətilə təbrik edir, Avropa çempionatında uğurar arzulayırıq.






