Samux: kombaynlar taxıl biçininə hazırdır
26 may 2019 | 16:00
Samux rayonunda taxıl biçininə hazırlıqla əlaqədar kombaynlara baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il Samux rayonu üzrə 10595 hektar sahədə taxıl əkilib.
Bundan 5698 hektarı buğda, 4162 hektarı arpa, 735 hektarı isə xəsildir.
Qeyd edilib ki, bu sahələrin biçini yaxınlaşdıqca kombaynlar sazlanaraq biçinə hazır vəziyyətə gətirilib. Hazırda Samux rayonu üzrə 35 kombayn biçinə tam hazırdır. Bu kombaynlardan 3 ədədi “klass”(Almaniya), 4 ədədi “Sampo”(Finlandiya), 11 ədədi “NEW Holland”(Hollandiya), 5 ədədi “John Deere”(ABŞ) və 12 ədədi isə “SK-5”-dən (Rusiya) ibarətdir.
Samux, 26 may, Rauf Hacıyev, AZƏRTAC