Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Mərkəzində ilk dəfəkönüllü məktəblilərdən yaradılmış teatr qrupunun Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş tədbirlər sırasında ədibin “Solğun çiçəklər”i tamaşaya qoyuldu.

25 may 2019 | 16:00

 Samux rayon Heydər Mərkəzində ilk dəfəkönüllü məktəblilərdən yaradılmış teatr qrupunun XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş tədbirləri sırasında ədibin “Solğun çiçəklər”i tamaşaya qoyuldu. Tamaşa başlamazdan öncə çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova hər kəsi salamladı və Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı tarixində qoyduğu təkrarolunmaz izdən danışdı. O, həmçinin vurğuladı ki, Mərkəzin bir ay öncə irəli sürdüyü “könüllü teatr” yaradaq təşəbbüsünə ilk qoşulan Samux rayon Qarayeri qəsəbə 1saylı məktəb liseyin 9-cu sinif şagirdləri oldu. Onlar bu qısa zaman ərzində dahi dramaturqun məhşur “Solğun çiçəklər”ini tamaşaya hazırladılar. Bu gün isə həmin tamaşanı izləmək üçün buraya toplaşmışıq. Onların yaşlarının az olmasına və tamaşanın çox qısa zaman ərzində hazırlanmasına baxmayaraq öz rollarının öhtəsindən bacarıqla gəldiklərini düşünürəm. Tamaşanın hazırlanmasında xüsusi zəhməti olan və üzrlü səbəbdən işrtirak edə bilməyən Samux rayon Qarayeri qəsəbə 1saylı məktəb liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Namazova Göyçək müəlliməyə və şagirdlərinə ayrıca qayğı ilə yanaşan məktəbin direktoru Bəsti Mahmudovaya dərin təşəkkürünü bildirdi.Gələcəkdə “teatır”ımızın əhatəsinin daha da genişlənəcəyini ümid etdiyini və yaşından, cinsindən, məsləyindən asılı olmayaraq teatr həvəskarlarının üzünə qapılarımızın açıq olmasını və hər kəsin müraciət etmək şansı olduğunu söylədi. Bundan sonra daha maraqlı tamaşaların olacağına ümid bəslədiyini və uşaqlara çıxışların bol uğur arzuladı.
Çıxış üçün söz verilən Samux rayon Qarayeri qəsəbə 1saylı məktəb liseyin direktoru Mahmudova Bəsti öncə Samux rayon Heydər Əliyev Mərkəzində yaradılan bu şəraitə və təşəbbüskarlığa görə müdriyyətə öz təşəkkürlərini çatdırdı və ən azı uşaqlar qədər həyəcanlı olduğunu söylədi. Onlara uğurlar arzuladı.
Tamaşadan öncə videoçarx izləndi və tamaşa başladı. Tamaşa zamanı məktəbin şagirdi həmçinin Samux rayon Qarayeri qədəbə Musiqi Məktəbinin muğam sinfinin şagirdi Orucova Jalənin canlı musiqi ilə müşayəti xüsusi bir rəng qatdı. Onlar öz üzərlərinə düşən rolları olduqca məharət və həvəslə yerinə yetirdilər. Tamaşa bitərkən uzun müddətli alqışlara layiq görüldülər. Tamaşanın sonunda Samux şəhər 2 saylı məktəbin rus dili müəlliməsi Ələkbərova Sevil çıxışında uşaqların rollarının öhtəsindən çox bacarıqla gəldiklərini, rolların çox düzgün seçildiyini və tamaşadan hər kəsin zövq aldığını bildirdi. Rol alan hər bir şagirdə uğurlarının davamlı olmasını arzuladı.

Keçidlər