2019-cu il mayın 24-də Yeni Azərbayan Partiyası Samux rayon təşkilatında rayon partiya təşkilatının qeydiyyatında olan ərazi ilk partiya təşkilatlarının sədrləri ilə geniş tərkibdə iclas keçirildi.
2019-cu il mayın 24-də Yeni Azərbayan Partiyası Samux rayon təşkilatında rayon partiya təşkilatının qeydiyyatında olan ərazi ilk partiya təşkilatlarının sədrləri ilə geniş tərkibdə iclas keçirildi.
İclasda çıxış edən Yeni Azərbayan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər, gənclərin partiyada fəallığının artırılması, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesi, eləcə də Yeni Azərbayan Partiyası Samux rayon təşkilatının qarşısında duran vəzifələr haqqında məlumat verdi. Gündüz Bayramov YAP Samux rayon təşkilatının iş planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, milli-mənəvi dəyərlərimizin təbliği, habelə vətənpərvərlik ruhunda çoxsaylı tədbirlərin keçirilməsi ilə bağlı fəaliyyətini daha da genişləndirəcəyini qeyd etdi.
Daha sonra Sərkar kənd ərazi ilk partiya təşkilatının sədri Yusifov Şəmistan, Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Hüseynov Gülağa, Gənclər birliyinin sədri Həsənov Qurban məruzə ilə çıxış etdilər. Onlar öz çıxışlarında Yeni Azərbayan Partiyasının qazandığı uğurlardan, partiyamızın keçdiyi inkişaf yolundan söhbət açdılar.
Daha sonra qarşıda duran vəzifələr müzakirə olundu və ərazi ilk partiya təşkilat sədrlərinə müvafiq tapşırıqlar verildi.