Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Salahlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Salahlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Salahlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Orucov Ənvər Mikayıl oğlu Salahlı kəndinə qaz xəttin çəkilməsinə köməklik göstərilməsini xahiş etdi.
2. Qarayev Eldəniz İsax oğlu kənddə internet sürətinin zəif olduğu üçün köməklik göstərilməsini xahiş etdi .
3. Xəlilov Rəhman Fəxrəddin oğlu Qabırrı çayından kəndin pay torpaqlarını suvarılması üçün dəhnə qaldırılmasına köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.