Samux rayon Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlının 120 illiyi qeyd edildi
Samux rayon Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyev Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalaması ilə əlaqədar olaraq Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının yaradıcılığına həsr edilmiş silsilə tədbirlərdən biri keçirildi. Öncə Mərkəzin ekspozisiya zalında Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkilləri bələdçinin izahı izlədilər. Sənədlərə baxdılar.
Tədbiri açıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Həsənova Nuranə Cəfər Cabbarlının ədəbiyyatımızda tutduğu mövqeyindən, onun yaradıcılıq irsinin gələcək nəslə çatdırılmasının vacibliyindən danışdı. O, çıxışında həmçinin bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Bizim borcumuz bu zəngin ənənəni yaşatmaqdır. Mərkəzin direktoru çıxışında bildirdi ki, artıq bir neçə məktəblərin həvəskar şagirdləri Cəfər Cabbarlının əsərlərini səhnələşdirməklə bağlı çağrışlarımıza cavab vermişlər və yaxın günlərdə onların səhnələrini izləmək mümkün olacaq. Onlara böyük uğurlar arzuladığını və böyük həvəslə gözlədiklərini söylədi.
Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Namazova Gülay da öz çıxında böyük dramaturqun yaratdığı obrazların rəngarəngliyindən, onun əsərlərində dövrün çatımazlıqlarının və s. geniş danışdı.
Uşaqlarla birlikdə C. Cabbarlının əsərlərini müzakirə etdilər. Ən sevdikləri obrazlar, onlara duyduqları rəğbət, yaxud mənfi obrazlar haqqında fikir mübadiləsi edildi. Sonda ədibin xatirəsi böyük hörmətlə yad edildi.