Samux rayon İcra Hakimiyyəti başçısının Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.01.2014-cü il tarixdə hesabat yığıncağı keçirilmişdir
Samux rayon İcra Hakimiyyəti başçısının Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak etmişlər.
RİH başçısının Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məftun Yusifov hesabat məruzəsi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonumuzda və inzibati ərazi dairəsində görülən işlərdən danışmışdır. Natiq vurğulamışdır ki, Qarayeri qəsəbəsi rayonumuzun ən böyuk qəsəbələrindən biridir. Cari ilin 01 yanvar tarixinə qəsəbəmizdə 1339 təsərrüfat vardır ki, həmin təsərrüfatlarda 5738 nəfər qeydiyyatda durur. Qəsəbəmizdə həmcinin 265 nəfərdən ibarət 80 məcburi köckun ailəsi müvəqqəti qeydiyyatda durur. Qəsəbəmizdə 2 Orta məktəb, 1 uşaq musiqi məktəbi, 2 uşaq bağcası, 1 xəstəxana, 1 mədəniyyət evi, kitabxana ATS və Poçt şöbəsi fəaliyyət göstərir. Qəsəbənin 2 orta məktəbində 831 şagirdin təhsili ilə 157 müəllim, 2 uşaq bağcasında isə 130 uşağın təlim-tərbiyəsi ilə 12 tərbiyəçi məşğuldur. Qəsəbədə olan uşaq musiqi məktəbində 327 uşağ 79 müəllim var. Qəsəbəmizdə 19 şəhid ailəsi vardır .
Qəsəbədə 755 hektar sahədə payızlıq, 105 hektar sahədə isə yazlıq səpin aparılmışdır. Payızlıq səpinin 405 hektarı buğda, 350 hektarı dən üçün arpa olmuşdur. Bununla bərabər 21 hektar kartof, 32 hektar tərəvəz, 9 hektar günəbaxan, 35 hektar bostan, 8 hektarı qarğıdalı əkilmişdir.
2013-ci ildə sahələrdən 2592 ton taxıl məhsulu yığılmışdır ki, bu da 2012-ci ilin müvafiq dövründəkindən 43 ton və ya 1,3 faiz çoxdur. Məhsuldarlıq isə əvvəlki illə müqayisədə 1,7 faiz artaraq 34,3 sentner olmuşdur. Taxıl məhsulunun 1437 tonu buğda, 1155 tonu arpa olmuşdur. Bundan başqa sahələrdən 154 ton kartof, 319 ton tərəvəz , 408 ton bostan məhsulu, 18 ton günəbaxan, 25 ton qarğıdalı toplanmışdır. Qəsəbədə 872 ton meyvə, 205 ton üzüm istehsal olunmuşdur.
Növbəti ildə kənd təsərrüfatında daha yüksək nəticələr əldə etmək üçün geniş hazırlıq işləri aparılmışdır. 2014-cü ilin məhsulu üçün 01 yanvar tarixinə 780 hektar sahədə şum 763 hektar sahədə səpin aparılmışdır.
Hesabat yığıncağının yekunu olaraq Samux rayon İcra hakimiyyəti başçısı Alı Qocayev Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ildə gördüyü işləri yüksək qiymətləndirdiyini , ümumən Samux rayonunda böyük işlər aparıldığını qeyd etmişdir.